waplog

Dünyada ən güclü oyun konsolu təqdim edilib


"Microsoft" şirkəti "E3" sərgisi çərçivəsində keçirdiyi mətbuat konfransında yeni "Xbox One X" oyun konsolunu təqdim edib.

"ICTnews" Elektron Xəbər Xidməti "lenta.ru" saytına istinadən yazır ki, şirkətin nümayəndələrinin sözlərinə görə, yeni oyun konsolu ona qurulmuş 6 teraflops gücündə qrafik kart sayəsində "4K"  təsvir ölçülü və 60 fps kadrlar tezliyində olan oyunları işə salmağa imkan verəcək. Müqayisə üçün, "PS4 Pro" oyun konsolunun məhsuldarlığı 4,2 teraflops təşkil edir. Bundan başqa, "Xbox One X" konsolu "Microsoft"un ən yığcam oyun konsoludur. Sözügedən konsol "Xbox One S" üçün əlçatan bütün aksessuarları dəstəkləyir.

7 noyabr 2017-ci il tarixində satışa çıxarılacaq "Xbox One X" oyun konsolunun qiyməti 500 dollar təşkil edəcək.

Emil Hüseynov




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL