waplog

“iPhone 8” smartfonunun qiyməti məlum olub


Yeni “iPhone 8” smartfonunun qiyməti açıqlanıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, “Apple” şirkətinin smartfonun kütləvi istehsalına bir neçə gün əvvəl başlamasına baxmayaraq yeni qurğunun qiyməti uzun müddət gizli saxlanılıb. Bu dəfə isə şirkət nümayəndələri ABŞ-da yeni qurğunun qiymətinin təxminən min dollar təşkil edəcəyi barədə açıqlama veriblər.  

Ekspertlərin fikrincə, ABŞ istehsalçısının yeni smartfon modeli dünya mobil telefonlar sənayesində əsl inqilab olacaq. Buna əsas kimi qurğunun tam çərçivəsiz olacağı qeyd edilir. Bundan başqa, “iPhone 8”-də displeyə yerləşdirilən barmaq izi skaneri quraşdırılacaq.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL