waplog

“Samsung Galaxy Note 8” smartfonunun dizaynı yeni fotoşəkillə təsdiq edilib


Yaxın aylarda yeni qabaqcıl “Samsung Galaxy Note 8” smartfon modelinin təqdimatı gözlənilir. Bir müddət əvvəl qurğunun mövcudluğunu rəsmən təsdiq edən “Samsung” şirkətinin nümayəndəsi ekranda barmaq izi skanerinin quraşdırılacağı ilə bağlı yayılan şayiələri təkzib edib. Həmçinin, bu günlərdə internetdə gələcək qurğunun ön panelinin fotoşəkilləri yayılıb. Bu dəfə isə Çinin “Weibo” sosial şəbəkəsində “Galaxy Note 8” üçün qoruyucu şüşənin fotoşəkili dərc edilib. Onun forması milyonlarla istifadəçinin gözlədiyi gələcək smartfonun xarici görünüşü barədə təsəvvür yaratmağa imkan verir.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, şüşənin formasına görə, “Samsung Galaxy Note 8” ön tərəfdən “Galaxy S8/S8 Plus” modellərinə bənzəyəcək. Belə ki, qurğu həmin modellər kimi bütün tərəfləri nazik çərçivəyə malik uzun ekranla təchiz ediləcək. Şirkətin sonuncu qabaqcıl smartfonları kimi, “Galaxy Note 8”-in ekranı yan tərəflərə əyiləcək. Lakin fotoşəkildən məlum olur ki, əyilmə minimum səviyyədə olacaq.

Bundan başqa, “Galaxy Note 8”-də stereodinamiklərin quraşdırılacağı gözlənilir. Əsas müəmmalı məsələ isə barmaq izi skanerinin yerləşməsi ilə bağlı olaraq qalır. Çünki skaner displeydə quraşdırılmayacaq, ön tərəfdə isə onun üçün yer yoxdur və bu məqsəd üçün yalnız arxa tərəfin istifadə ediləcəyini ehtimal etmək olar.

Xatırladaq ki, “Galaxy S8” və “Galaxy S8 Plus” modellərində barmaq izi skanerinin quraşdırıldığı yer çoxlu mübahisələrə səbəb olub və bu səbəbdən istehsalçının yeni smartfonda həmin problemi aradan qaldıracağı ehtimal edilir.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL