waplog

Ən çox gəlirli yüz İT şirkətinin siyahısı dərc edilib


“Gartner” analitik şirkəti dünyanın ən çox gəlirə malik yüz informasiya texnologiyaları (İT) şirkətinin siyahısını tərtib edib.

“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld ” resursuna istinadən yazır ki, siyahıya İT məhsulları və elektron komponentlər istehsal edən, eləcə də sahə üzrə xidmətlər göstərən (rabitə xidmətləri istisna olmaqla) yüz şirkət daxil edilib. Birinci yeri bir il əvvəl olduğu kimi, şirkətin qiymətləndirməsinə görə, 2016-cı ildə illik gəliri 218,1 milyard dollar təşkil edən “Apple” şirkəti tutub. Bu, ikinci yerdə qərarlaşan “Samsung Vendor Group” şirkətinin gəlirindən 79 milyard dollar çoxdur. Sonrakı mövqelərdə “Google” (90,1 milyard dollar, internet şirkəti il ərzində reytinqdə beşinci yerindən üçüncü pilləyə yüksəlib), Microsoft (85,7 milyard dollar) və “IBM” (77,8 milyard dollar) yer alıb.

Bildirilir ki, “Apple”, “Samsung” və “Google” şirkətlərinin uğuru əsasən onların fəaliyyət istiqamətlərinin “Nexus of Forces” (güc mərkəzi) təsiri - bir-birini gücləndirən sosial, mobil və “bulud” texnologiyalarının birləşməsi ilə üst-üstə düşməsi ilə izah edilir.

“Microsoft” qeyd olunan birləşmə fəaliyyətə başlayanda artıq iri və nüfuzlu şirkət olub. ABŞ istehsalçısı internet və elektron ticarətin inkişaf dövründə lider olmağa və indiyədək bu mövqeyi saxlamağa nail olub.
“IBM” İT bazarının ilkin inkişaf mərhələsində lider mövqelər tutub. O zaman əsas rolu serverlər, məlumat saxlama sistemləri və konsultasiya xidmətləri oynayıb. Analitiklərin fikrincə, onlara tələbat mobil telefon və fərdi kompüterlərə olduğu kimi, həmişə olacaq, çünki bütün rəqəmli biznes layihələri “bulud” texnologiyalarına əsaslanır. Lakin onların artım amili kimi əhəmiyyətinin azalacağı gözlənilir.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL