waplog

“Bloomberg”: “Süni intellekt dünya üzrə ÜDM-in həcmini 16 trilyon dollar artıracaq”


“Bloomberg” agentliyi “PwC” audit şirkətinin hesabatına istinadən 2030-cu ilədək dünya üzrə ümumi daxili məhsulun (ÜDM) həcminin süni intellekt sayəsində 15,7 trilyon dollar artaraq 90 trilyon dollar təşkil edəcəyini bildirir.

“ICTnews” Elektron Xəbər Xidməti “Qazeta” resursuna istinadən yazır ki, artımın 6,6 trilyon dollarlıq hissəsi istehsal proseslərinin avtomatlaşdırılması və süni intellekt sayəsində əmək resurslarının artması hesabına təmin ediləcək.

Öz növbəsində qalan 9,1 trilyon dollarlıq ÜDM isə fərdi istehlaka hesablanmış, yüksək keyfiyyətli məhsul istehsalı sayəsində formalaşacaq.

“PwC”-nin analitiki Anan Rao qeyd edib ki, biz gələcəyi insan və kompüterlə birlikdə insanın təkbaşına olmasından daha effektiv görürük.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL