waplog

“Instagram” sosial şəbəkəsində spama qarşı filtr tətbiq edilir


Bu gündən “Instagram” sosial şəbəkəsində istifadəyə verilmiş filtr dərcləri və birbaşa yayımda yazılmış şərhlərdəki spamı bloklayacaq. Bu haqda sosial şəbəkənin mətbuat xidməti  məlumat verib.

“ICTnews” Elektron Xəbər Xidməti “gazeta.ru” saytına istinadən yazır ki, filtr rus dili daxil olmaqla 9 dili dəstəkləyir. “Instagram” nümayəndələrinin sözlərinə görə, yeni funksiya platformada təhlükəsiz və pozitiv atmosferi qoruyub saxlamağa imkan verəcək. Filtr kompüter təlimi texnologiyası sayəsində spamı müəyyənləşdirəcək.

Bundan başqa, “Instagram” artıq başqa filtr də elan edib. Bu filtr təhqiredici şərhlərin qarşısını almağa imkan verəcək.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL