waplog

Naxçıvanda yeni elektron ATS istifadəyə verildi


Kəngərli rayonunun Qabıllı kəndində yeni istifadəyə verilən kənd mərkəzində rabitə evi üçün də ayrıca iş otaqları ayrılıb. Burada 160 nömrəlik yeni elektron ATS quraşdırılıb. Hazırda bu ATS kənddə 71 abonentə xidmət göstərir.

Rabitə evindəki poçt bölməsi üçün də nümunəvi şərait yaradılmış, məktub və banderolların qəbulu və göndərilməsi, pul baratlarının qəbulu və ödənişi, teleqramların qəbulu və göndərilməsi, faks xidməti, müxtəlif növ danışıq və internet kartlarının satışı təmin olunmuşdur. Qeyd edək ki, poçt bölməsində bank və maliyyə xidmətləri də göstəriləcək.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL