waplog

“Xiaomi” şirkəti yeni smartfonlar seriyasını təqdim edib


“Xiaomi” şirkəti “Redmi Pro 2” modelini əvəz edəcək yeni smartfonlar seriyasını təqdim etməyə hazırlaşır. Söhbət “Xiaomi X1” smartfonunun iki modelindən gedir.

“ICTnews” Elektron Xəbər Xidməti “dni24.com” saytına istinadən yazır ki, “Xiaomi X1” smartfonunun modellərindən biri ikiqat kamera, 2160x1080 piksel təsvir ölçülü 5,5 düymlük displey, “Snapdragon 660” prosessoru, 3,5 mm-lik audio konnektor, barmaq izləri skaneri ilə təchiz edilib. 4 QB əməli yaddaş və 64 QB daxili yaddaşa malik smartfonun standart versiyasının qiyməti 339 dollar, 6 QB əməli yaddaş və 128 QB daxili yaddaşla təchiz edilmiş qabaqcıl modelin qiyməti 412 dollar  təşkil edəcək. “Xiaomi X1” smartfonunun digər modeli müvafiq spesifikasiyalarla təchiz edilib, yalnız ekranı fərqlidir.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL