waplog

Dinamikli beysbol papağı nümayiş olunub


Oyun konsolları istehsalçısı kimi tanınan “Atari” şirkəti ilk dəfə daşınan elektronika bazarına daxil olaraq iki yüksəkkeyfiyyətli dinamikin quraşdırıldığı “Speakerhat” beysbol papağını nümayiş etdirib. Yeni qurğu “Atari Connected Life” istehsal xətti çərçivəsində buraxılan ilk məhsuldur.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, beysbol kepkasında, həmçinin digər qurğulara “Bluetooth” simsiz modulu vasitəsilə qoşularaq onları səsli komandalarla idarə etməyə imkan verən mikrofon quraşdırılıb. Bunun sayəsində qurğu adi “Bluetooth” qulaqcıqlarından fərqlənmir.  
 
“Atari” nümayəndələrinin sözlərinə görə, yeni qurğu ilk növbədə fitnes həvəskarları üçün nəzərdə tutulub. “Speakerhat” prinsip etibarilə yeni sosial səs təcrübəsidir, “Multiplayer Mode” rejimi isə bir neçə istifadəçiyə eyni vaxtda eyni səs axınını dinləməyə imkan verir”, - şirkət nümayəndələri qeyd edib.
 
Payızda “NECA” geyim istehsalçısı ilə əməkdaşlıq çərçivəsində “Blade Runner 2049 Speakerhat” kepkasının məhdud sayda buraxılacağı gözlənilir.   
 
Beysbol kepkasının təqdimat tarixi və qiyməti barədə məlumat verilmir.
 
Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL