waplog

Neyron şəbəkə fotoşəkillə yeməyin reseptini tərtib edəcək


Massaçusets Texnologiya İnstitutunun (MIT) tədqiqatçılar qrupu yeməyin inqrediyentlər siyahısını və hazırlanma reseptini onun fotoşəkilinə görə tərtib edən neyron şəbəkə hazırlayıblar.
 
“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, alqoritmin təlimi üçün müəlliflər tərəfindən yaradılan müxtəlif kulinariya saytlarından bir milyon resepti özündə birləşdirən “Recipe1M” açıq məlumatlar bazasından istifadə olunub. Reseptin hər birinə xörəyin adı, onun fotoşəkili, inqrediyentlər siyahısı, eləcə də hazırlanma üzrə təlimat daxildir.
 
Məlumata görə, məlumat bazası vasitəsilə tədqiqatçılar neyron şəbəkəni fotoşəkil əsasında yeməyin tərkibini və reseptini müəyyənləşdirməyi öyrədiblər. Alqoritm əksinə də işləyə bilir və yeməyin şəkilini yüklənən resept əsasında göstərir.   
 
Bildirilir ki, neyron şəbəkə öyrədildikdən sonra tədqiqatçılar tərəfindən sorğu əsasında onun işinin dəqiqliyi qiymətləndirilib. Sorğu zamanı sadə insanlara yeməyin şəkilini 10 reseptdən biri ilə tutuşdurmaq təklif olunub. Sorğu iştirakçılarının məhsuldarlığı 81,6 faiz təşkil etdiyi halda neyron şəbəkənin reseptlərin hazırlanmasında dəqiqliyi 83,6 faizə bərabər olub.
 
Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL