waplog

Yeni texnologiya məlumatların “SSD” disklərində saxlanma müddətini dəfələrlə artıracaq


Bərk cisimli “SSD” toplayıcıları geniş yayılmaqda davam edərək vaxtilə populyar olan “HDD” sərt disklərini sıxışdırır. Lakin buna baxmayaraq “SSD” disklərində istifadə edilən enerjidən asılı olmayan “NAND” yaddaş modulunun əsas problemi oxuma/yazma dövriyyəsinin sayının məhdud olmasındadır. Bununla əlaqədar olaraq Yaponiya tədqiqatçılar qrupu özündə məlumatların sıxılmasını və informasiyanın saxlanılmasının etibarlığını artıran texnologiyaları birləşdirən yeni üsul təqdim edib. Bu, “SSD” resursunu təxminən 2900 dəfə artırmağa imkan verəcək.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, tədqiqatçılar qrupuna Çuo Universitetinin professoru Ken Takequçi rəhbərlik edir. Yeni metodun mahiyyəti xüsusi aparat-proqram kontrollerindən istifadə təşkil edir. Hazırda adətən diskin istismar müddətini uzatmaq üçün məlumatların sıxılması metodlarından istifadə edilir. Məsələn, onlardan ən geniş yayılmışı Haffman alqoritmidir. Alqoritm tez-tez istifadə olunan məlumatları qısa zəncir xətlərinə, tez-tez istifadə edilməyən informasiyanı uzun zəncir xətlərinə çevirir. Bu, oxuma/yazma dövriyyəsinə qənaət üçün edilib.
 
Məlumata görə, Yaponiya alimləri isə iritutumlu məlumatlarla iş üçün bir qədər fərqli versiya təklif ediblər. Yuxarıda qeyd edilən üsula əlavə olaraq tez-tez təkrar olunan qısa zəncir xətləri yaddaşın daha etibarlı hissəsində, uzun zəncir xətləri nisbətən etibarsız hissəsində yazılır. Belə olan halda yaddaşın etibarlığı necə müəyyənləşdirilir? Daha etibarlı yaddaş 3 bit tutumlu xanada 8 mümkün rəqəmin 6 və ya 7 rəqəmindən istifadə edir. Beləliklə, yaddaş xanaları informasiyanı təkrar yazmadan daha çox məlumatdan istifadəyə imkan verir ki, bu da məlumat daşıyıcısının istismar müddətini artırmaqla yanaşı, informasiyanın daha etibarlı saxlanılmasını təmin edəcək. Tədqiqat zamanı müəyyən olunub ki, xanada 6 və ya 7 rəqəmli məlumatların bu üsulla saxlanılması səhvlərin yaranma ehtimalını 92 faiz azaldır.
 
Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL