waplog

“Qualcomm” şirkəti yeni nəsil prosessorlarının xüsusiyyətlərini açıqlayıb


“Qualcomm” şirkəti “Krait” arxitekturasında hazırlanan növbəti nəsil “Snapdragon” prosessorlarının xüsusiyyətlərini açıqlayıb.

“Snapdragon S4” (MSM8960) prosessorlarının yeni seriyasının məmulatları 28 nanometr texnologiya ilə istehsal ediləcək, bu isə məhsuldarlığın əhəmiyyətli artımını və enerji istehlakının azalmasını təmin edəcək.

“Snapdragon S4” tərkibinə 1,5-dən 2.5 QHz-ə qədər takt tezlikli 4 hesablama nüvəsi, həmçinin “Adreno 225” qrafik sürətləndiricisi daxildir. İddia edilir ki, prosessorun ümumi sürəti müasir “Snapdragon” çipləri ilə müqayisədə 60% yuxarı olacaq, videonüvənin məhsuldarlığı isə 50% artacaq.

Yeni prosessor “3D” məzmunla, “1080p” formatında yüksək dəqiqlikli video, 8 kanallı (7.1) səs və 20 milyon piksel kəskinliyə qədər kamera ilə işləməyə imkan yaradır. “DirectX 9.3” dəstəyi bildirilir.

“MSM8960” portativ qurğuları “LTE”, “HSPA+”, “CDMA” və “GSM” mobil şəbəkələrində, həmçinin “Bluetooth” və “Wi-Fi” simsiz şəbəkələrində istifadə etmək imkanını təmin edəcək. Bundan başqa, “GPS” və “QLONASS” naviqasiya sistemi, FM-radio və “NFC” texnologiyasının dəstəklənməsi bildirilib. “Snapdragon S4” prosessoru əsasında olan ilk aparatların 2012-ci ilin əvvəlində çıxacağı gözlənilir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL