waplog

Şimal bölgəsində də rəqəmli yayım tətbiq olunacaq


Yaxın vaxtlarda ölkəmizin Şimal bölgəsində də rəqəmli yayıma başlanılacaq. Bu barədə “ictnews”-a Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalov bildirdi.

Onun sözlərinə görə, bu məqsədlə xaricdən alınan avadanlıqlar artıq gömrük məntəqəsindədir.

Aparat rəhbəri bildirib ki, bölgədə yayımı həyata keçirmək üçün Quba rayonunun müvafiq ərazisində 73 metr hündürlüyündə yeni televiziya qülləsi tikilib.

“Hazırda rəqəmli yayım Bakı və Abşeron yarımadası ilə yanaşı, Gəncə, Şirvan, Lerik, Ağsu stansiyaları vasitəsilə adıçəkilən şəhər və rayonlarla yanaşı, ətraf rayonları da əhatə edir. Hətta Qarabağda da bu xidmət təmin olunub.”

Qeyd edək ki, ölkədə analoq efir yayımından rəqəmsal yayıma keçid 2009-cu ildən, Bakıda isə bu istiqamətdə sınaq işlərinə hələ 2004-cü ilin sentyabrında başlanılıb.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL