waplog

Bu şirkət dünyanın ən aparıcı telefon istehsalçılarının reytinqində yer alıb


“Xiaomi” şirkəti dünyada telefon istehsalçılarının siyahısında aparıcı yerlərdən birini tutub. Bu halda şirkət ABŞ-da öz telefonlarını satmır.
 
“ICTnews” Elektron Xəbər Xidməti macdigger.ru saytına istinadən yazır ki, “Strategy Analytics”in məlumatına əsasən, 2017-ci ilin ikinci rübündə “Samsung” ötən ilin müvafiq dövrü ilə müqayisədə 2% daha çox telefon tədarük edib. 79,5 milyon telefon satmış şirkət əvvəlki kimi dünyada aparıcı smartfon aparıcı istehsalçısı adını qoruyub saxlayır. “Xiaomi” şirkəti ilk dəfə dünyada telefon istehsalçılarının siyahısında beşinci yeri tutub.
 
“Samsung” və “Xiaomi” şirkətlərindən fərqli olaraq, “Apple”in işləri istədiyi kimi deyil. Bu şirkət əvvəlki kimi siyahıda ikinci yeri tutur, amma satış həcmi 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə bir faiz azalıb. Ehtimal ki, növbəti “iPhone” smartfonunun təqdimatından sonra vəziyyət düzələcək.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL