waplog

Virtual reallıq istifadəçilərinin sayı 250 milyonu ötəcək


“ABI Research”in analitikləri yaxın 5 ildə virtual reallıq (virtual reality, VR) texnologiyaların geniş tətbiqini proqnozlaşdırırlar. Mütəxəssislərin qiymətləndirməsinə görə, 2022-ci ildə virtual reallıq texnologiyaları istifadəçilərinin sayı 256 milyon insan təşkil edəcək. Sözügedən bazarda 60 milyarddan çox dollar səviyyəsində gəlir gözlənilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti dailycomm.ru saytına istinadən yazır ki, gəlirin çox hissəsi istehlakçılar tərəfindən yaradılacaq, amma mütəxəssislərin proqnozuna görə virtual reallıq texnologiyaları, həmçinin kommersiya və korporativ seqmentlərdə çox sürətli yayılacaq. Təxmin edilir ki, 2022-ci ildə virtual reallıq sahəsində ümumi dövriyyənin 40%-dən çoxu bu seqmentlərin payına düşəcək. 2015-ci ildə bu göstərici 26% təşkil etmişdi.
 
"Məzmunun əlçatanlığı virtual reallıq sənayesi üçün problemli məsələ olaraq qalır, amma son illərdə bu istiqamətdə, xüsusilə Asiya-Sakit okean regionu və Çində irəliləyiş qeydə alınıb. Sonrakı layihələr və yeni virtual reallıq qurğularının çıxarılması sözügedən texnologiyadan istifadə sahələrini genişləndirərək virtual reallıq qurğularını təhsil, dizayner işi, layihələşdirmə və sairə kimi sahələrdə alətlərə çevirəcək" –  “ABI Research”-in analitiki Maykl İnue deyib.
 
Mütəxəssis virtual reallıq texnologiyalarına böyük maraq göstərən sahələrə pərakəndə ticarəti, səhiyyə, avtomobil sənayesi, təhsil sahəsi, daşınmaz əmlak, arxitektura, mühəndislik və inşaat işini misal göstərib.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL