waplog

“Meizu M6 Note” smartfonu avqustun 23-də təqdim ediləcək


Sentyabrın 6-da təqdim edilməli olan yeni smartfonun təqdimatı 2 həftə əvvələ keçirilib. Yeni smartfonun təqdimatı ilə bağlı şirkət tərəfindən jurnalistlərə göndərilmiş dəvət “MyDrivers” saytında yerləşdirilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti macdigger.ru saytına istinadən yazır ki, sözügedən smartfon haqda bir çox məlumat artıq məlumdur.
 
Smartfon “MediaTek Helio P25” (MT6757T) prosessoru, 5,5 düymlük diaqonala malik “Full HD” displeyi, modeldən asılı olaraq 3 və ya 4 QB-lıq əməli yaddaş, 32 və ya 64 QB-lıq fləş yaddaşla təchiz edilib. 3 ədəd kamera olacaq: iki əsas kamera “Sony IMX258” sensoruna malik olacaq. Aparatın korpusu tamamilə metaldan hazırlanıb, akkumulyator batareyasının tutumu 4000 milliamper/saat təşkil edir.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL