waplog

“WhatsApp” istifadəçiləri messencer üzərindən pul göndərə və qəbul edə biləcəklər


Sözügedən funksiya “WhatsApp” messencerinin “Android” üçün son beta-versiyasında aşkar edilib. Bundan əvvəl messencerin həmtəsisçisi bildirmişdi ki, şirkət ödəmə xidmətlərinin “WhatsApp” messencerinə inteqrasiya imkanını nəzərdən keçirir.
 
“ICTnews” Elektron Xəbər Xidməti macdigger.ru saytına istinadən yazır ki, tezliklə əlavə ediləcək “Payments” funksiyası istifadəçilərə birbaşa messencerdə pul göndərməyə və qəbul etməyə imkan verəcək. Köçürmələr banklararası ödəmə sistemi olan “UPI” vasitəsilə həyata keçiriləcək. Yeni funksiyanın hansı ölkələrdə işləyəcəyi və köçürmələr üçün komissiya tutulacağı hələ məlum deyil.
 
Cari ilin fevralında Hindistanda olmuş messencerin həmtəsisçisi Brayan Ekton kommunikasiya və informasiya texnologiyaları naziri ilə görüşdə etiraf edib ki, onun şirkəti ödəmə xidmətlərinin “WhatsApp” messencerinə inteqrasiya imkanını nəzərdən keçirir.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL