waplog

“Microsoft” şirkəti masaüstü “Skype” xidmətinə bir neçə gözlənilən funksiya əlavə edib


"Microsoft"un mütəxəssisləri "Skype" xidmətinin fərdi kompüterlər üçün beta versiyası üzərində sınaqlara başlayıblar. Bu barədə korporasiyanın rəsmi bloqunda məlumat verilib. "Skype" servisinin yeni masaüstü versiyasında əvvəllər yalnız messencerin mobil versiyasında mövcud olan funksiyalar istifadəyə verilib.
"ICTnews" Elektron Xəbər Xidməti planet-today.ru saytına istinadən yazır ki, bundan başqa, proqramın dizaynı üzərində xeyli iş görülüb.

İndi, məsələn, sadəcə "@" simvolu vasitəsilə istifadəçilərin adını sadalamaqla konfranslarda onları xatırlamaq olar. Bu özəllik əvvəllər yalnız "Skype" xidmətinin "iOS" və "Android" mobil əməliyyat sistemlərində əlçatan idi.

Yeni masaüstü "Skype" servisi dəyişilmiş bildirişlər paneli, həmçinin qalereya (indi mesajlarda göndərilmiş sənəd, istinad və media faylları asanlıqla tapmaq mümkündür) əldə edib.

Daha bir yenilik qrup zəngləri ilə bağlıdır. İndi sadə manipulyasiyaların köməyi ilə reaksiyalarla mübadilə etmək mümkündür.

Yeni "Skype"-ın ilkin versiyası hələ ki, yalnız "Skype Insider" proqramının iştirakçılarına əlçatandır, ancaq tezliklə hamı yeni  messenceri yükləyə biləcək.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL