waplog

“Apple” şirkəti 12 sentyabrda yeni məhsullarını təqdim edəcək


“Apple” şirkəti yeni qurğularının ənənəvi payız təqdimatını 12 sentyabr tarixinə təyin edib. Bu haqda şirkətin planları ilə tanış mənbələrə istinadən “The Wall Street Journal” qəzeti məlumat verib.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, nəşrin məlumatına görə, təqdimat Stiv Cobs adına teatrda keçiriləcək. Teatr “Apple” şirkətinin hələ tamamlanmamış kampusunda yerləşir.

Gözləntilərə görə, “Apple” şirkəti tədbir zamanı “iPhone 8”, “iPhone 7s” və “7s Plus” smartfonlarını, “Apple Watch 3” smart saatını və yeni “Apple TV” televizor əlavəsini təqdim edəcək. Bundan başqa, şirkət iyunda anons edilmiş “iOS 11”, “macOS High Sierra”, “watchOS 4” və “tvOS 11” platformalarını rəsmi elan etməlidir.

Xatırladaq ki, KİV və istifadəçilərin diqqəti “iPhone 8” smartfonuna yönəlib. İnternetdə dolaşan şayiələrə görə, sözügedən smartfon 5,8 düymlük çərçivəsiz “AMOLED” displey, sahibinin sifətini tanıyan 2 ədəd ön kamera və simsiz enerjidoldurma texnologiyası ilə təchiz ediləcək.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL