waplog

“Google” əlavə reallığı milyonlarla “Android” sistemli qurğuda istifadəyə veriləcək


"Google" şirkəti əlavə reallıq elementli "Android" əlavələrinin yaradılması üçün nəzərdə tutulan "ARCore" platformasının ilkin versiyasını təqdim edib.

"ICTnews" Elektron Xəbər Xidməti "Life" resursuna istinadən yazır ki, hazırda platforma ilə yalnız "Pixel" və "Samsung Galaxy S8" smartfonlarının uyğunluq təşkil etməsinə baxmayaraq ABŞ şirkəti "ASUS", "LG" və "Huawei" kimi istehsalçılarla danışıqlar aparır. "Google" platformanın cari ilin sonunda ümumi istifadəyə verilənədək "ARCore"nun 100 milyon "Android" sistemli qurğuda işləyəcəyinə ümid edir.

Məlumata görə, platformanın əsasını "Google" şirkətinin 2014-cü ildən inkişaf etdirdiyi "Tango" layihəsinin texnologiyaları təşkil edir. "ARCore" platformasının əsas üstünlüyü ondan istifadə üçün smartfonların əlavə avadanlıqlarla təchiz edilməsinin tələb olunmamasındadır: bunun üçün kamera və hərəkət ötürücüləri kifayət edir.

Şirkət nümayəndələri qeyd edir ki, sistem hərəkəti izləyə, horizontal müstəvini analiz edə, eləcə də virtual obyektləri istifadəçini əhatə edən məkana daha realistik daxil etmək üçün işığın istiqamətini nəzərə ala bilir.

"ARCore" sistemi "Apple" şirkətinin 2017-ci ilin iyununda "WWDC" konfransı çərçivəsində nümayiş etdirdiyi "ARKit" platformasının analoqu hesab edilir.

Nizam Nuriyev
 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL