waplog

“YouTube” videohostinqinin interfeysi dəyişdirilib


“Google” şirkəti “YouTube” videohostinqinə tünd dizayn  və şaquli video dəstəyi əlavə edib. Həmçinin videohostinqin loqotipi dəyişdirilib.

Loqotipdə "Tube" sözü daha əvvəlki kimi qırmızı rənglə fərqləndirilmir. Tədricən saytın kompüter versiyasının rəng sxemində bu rəngdən imtina edilir. Hostinq videonun ikonkaları arasındakı məsafəni artırıb.

“ICTnews” Elektron Xəbər Xidməti “rambler.ru” saytına istinadən yazır ki, yeni dizaynda "gecə rejimi" istifadəyə verilib. Bu rejim aktivləşdirildikdə saytın rəng sxemi tünd rəngə keçir.

“YouTube” videohostinqində çarxın göstərilmə sürətini seçmək mümkün olacaq. Saytın mobil versiyasında ekranın sağ və ya sol hissəsinə iki dəfə toxunuş etməklə videonu 10 dəqiqə irəli və ya geri çəkmək olar.

Mobil versiyada "kitabxana" və "hesab" bölmələri yaradılıb. Reklam bannerləri ağ rəngdə göstərilir.

Hostinqin veb-versiyası maydan etibarən sınaqdan keçirilirdi. İndi hər kəs üçün əlçatandır.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL