waplog

Bakıda Regional Rabitə Birliyinin beynəlxalq tədbiri öz işinə başlayıb


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) dəstəyi ilə Bakıda Regional Rabitə Birliyinin (RRB) Beynəlxalq əməkdaşlığın əlaqələndirilməsi üzrə Komissiyasının 33-cü iclası və bu Komissiyanın Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) ilə iş üzrə İşçı Qrupunun 18-ci iclası keçirilir.

Tədbirlərdə RRB-nin üzvü olan ölkələr, o cümlədən Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və digər ölkələrin rabitə administrasiyalarının səlahiyyətli nümayəndələri və ekspertlər qatılmışlar.

Tədbirdə Azərbaycan Respublikasının Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Komissiyanın sədri, Rusiya Federasiyasının rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini Rəşid İsmayılov, RRB-nin Baş direktoru Nuriddin Muhiddinov və BTİ-nin regional ofisinin rəhbəri Kiril Oparin iştirak ediblər.

Avqustun 29-da keçirilmiş İşçi qrupun iclasına RRB-nin BTİ ilə iş üzrə İşçı Qrupunun sədri Minkin Vladimir Markoviç rəhbərlik edib. İclasda 2017-ci ilin 9-20 oktyabr tarixlərində Argentinanın Buenos-Ayres şəhərində keçiriləcək BTİ-nin Telekommunikasiyanın İnkişafı üzrə Ümumdünya Konfransına (WTDC-17) hazırlıq məsələləri, o cümlədən Konfransda qəbul olunacaq qərarlara dair RRB üzv-dövlətləri tərəfindən hazırlanmış 39 sənəd layihəsi, Konfransın rəhbər qurumlarına namizədlər müzakirə olunmuşdur.

Daha sonra Beynəlxalq Telekommunikasiya İttifaqının 2018-ci ildə baş tutacaq Səlahiyyətli Konfransına, RRB-nin 2020-ci ildə Telekommunikasiyanın Standartlaşdırılması üzrə Ümumdünya Assambleyasına hazırlığı müzakirə edilmişdir.

Adları qeyd olunan tədbirlər rabitə sahəsində beynəlxalq tənzimləmənin həyata keçirilməsi, BTİ-nin növbəti 4 il müddətinə fəaliyyətinin təşkili, rəhbər vəzifələrə, BTİ-nin ali idarəetmə orqanı olan Şuraya seçkilər baxımından mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan BTİ-nin Şurasının üzvü olaraq bu tədbirlərdə, qərarların qəbulunda fəal iştirak edir və beynəlxalq əməkdaşlığa öz tövhəsini verir. Azərbaycan Buenos-Ayresda keçiriləcək konfransa qatılacaq və 2018-ci ildə keçiriləcək seçkilərdə də Şuraya təkrar üzv seçilmək üçün namizədliyini irəli sürəcəkdir.

Avqustun 30-da Rəşid İsmayılovun sədrliyi ilə Komissiyanın 33-cü iclası keçirilmişdir. Elmir Vəlizadə tədbir iştirakçılarını salamlamış, gündəlikdəki məsələlər üzrə ölkəmizin münasibətini və mövqeyini bildirmişdir.

Komissiyanın iclasında İşçi qrupda hazırlanmış sənəd layihələri müzakirə edilmiş və qərarlar qəbul edilmişdir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL