waplog

Səsli idarəetməyə malik avtomatik hərəkət edən soyuducu təqdim edilib


Berlində keçirilən “IFA 2017” sərgisi çərçivəsində Yaponiyanın “Panasonic” şirkəti səsli idarəetməyə malik və mətbəxdə sərbəst hərəkət edən avtomatlaşdırılmış soyuducu nümayiş etdirib.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, “Panasonic” şirkəti tərəfindən hazırlanmış kiçikölçülü soyuducu mətbəxdə sərbəst hərəkət edir və sahibinin səs əmrlərinə reaksiya verir. Məlumata görə, təkərli platforma üzərində hərəkət edən kiçik qurğu dərinlik və lazer sensorları dəstinin köməyi ilə lazımi istiqamətdə sərbəst hərəkət edə bilir. Bundan başqa, soyuducu xüsusi məlumat bazasına qoşulub. Nəticədə soyuducunun daxilində saxlanılan içkilərə müvafiq qəlyanaltılar tövsiyə edilə bilər.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL