waplog

Azərbaycanın İT-şirkəti Qırğızıstanda elektron hökumət sahəsində növbəti layihəni reallaşdıracaq


Azərbaycanın İT-şirkəti SINAM Qırğızıstan Dövlət Qeydiyyat Xidmətinin Kadastr və Daşınmaz Əmlaka dair Hüquqların Qeydiyyatı Departamentinin sənədlərinin elektron arxivinin yaradılması üzrə keçirilmiş tenderin qalibi elan olunub.

Tender Qırğızıstan hökuməti tərəfindən maliyyələşdirilən Torpaq və Daşınmaz Əmlakın qeydiyyatının ikinci layihəsi çərçivəsində keçirilib.

Layihə çərçivəsində SINAM şirkəti Departamentin Bişkek və Oş şəhərlərində yerləşən yerli qeydiyyat ofislərinin təxminən 3,33 milyon səhifədən ibarət kadastr və digər sənədlərinin rəqəmsallaşdırılması (elektron nüsxələrinin yaradılması), sənədlərin indeksləşdirilməsi və sənədlər haqqında meta-verilənlərlə birlikdə Dövlət Qeydiyyat Xidmətinin verilənlər bazasında yadda saxlanılması üzrə işləri həyata keçirəcək.

Göstərilən işlərin 9 ay müddətində başa çatdırılması nəzərdə tutulur. SINAM şirkəti Qırğızıstanda elektron hökumət sahəsində artıq bir layihəni reallaşdırmaqdadır.

SINAM hazırda Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdirilən "Vergi inzibatçılığında islahat və modernləşdirmə" layihəsi çərçivəsində Qırğızıstanın Dövlət Vergi Xidmətində inteqrasiya olunmuş vergi inzibatçılığı sisteminin proqram təminatının işlənib hazırlanmasını və quraşdırılmasını həyata keçirir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL