waplog

İsveçin “Ericsson” şirkəti 1 qiqabitlik “LTE” şəbəkəsini işə salıb


Telekommunikasiya avadanlığı istehsalçısı “Ericsson” şirkəti 1 qiqabitlik “LTE” şəbəkəsinin kommersiya fəaliyyətinə başladığını elan edib. Bu layihədə Çinin “China Unicom” mobil rabitə operatoru İsveç şirkətinin partnyoru qismində çıxış edib.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “Ericsson” şirkətinin nümayəndəsi bildirib ki, “Gigabit LTE” şəbəkəsi abunəçilərə məlumatların yüksək sürətlə ötürülməsini təmin edir.

İşə salınmış şəbəkə məlumatları saniyədə 979 Mbit/s-dək ötürməyə imkan verir. Nəticədə, məsələn, mobil şəbəkə vasitəsilə “Full HD” təsvir ölçülü filmi 13 saniyə ərzində yükləmək mümkündür.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL