waplog

Bu şirkət qlobal smartfon bazarında “Apple”ı geridə qoyub


“Counterpoint” analitik şirkətinin araşdırmasına görə, Çinin “Huawei” şirkəti ən böyük smartfon istehsalçılarının reytinqində ikinci yerə yüksəlib.

Məlumata görə, analitiklər cari ilin iyun və iyulunda smartfon satışlarının həcmi haqda məlumatlar əsasında bu qənaətə gəliblər. Bu halda Cənubi Koreyanın “Samsung” şirkəti reytinqdə əvvəlki kimi birinci yeri tutur.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, “Counterpoint” şirkətinin analitik təhlil bölməsinin direktoru Piter Riçardsonun sözlərinə görə, “Huawei” şirkəti elmi-tədqiqat və istehsal bölmələrinə investisiyalar, aqressiv marketinq və satış kanallarının genişləndirilməsi hesabına son illərdə qlobal smartfon bazarında uğur qazanmağa müvəffəq olub. Bu halda Riçardson qeyd edib ki, “Apple” şirkətinin mövqeyinin zəifləməsi müvəqqətidir və ABŞ şirkəti yeni “iPhone” smartfonunun təqdimatından sonra “Huawei” şirkətini geridə qoyacaq.

“Counterpoint” şirkətinin araşdırmasına görə, ən çox satılan smartfonların reytinqində “iPhone 7” və “7 Plus” smartfonları liderdir. Çinin “OPPO R11” və “OPPO A57” aparatları bu reytinqdə müvafiq olaraq üçüncü və dördüncü yerlərdə qərarlaşıb. İlk onluqda, həmçinin “Samsung Galaxy S8”, “Xiaomi Redmi Note 4x”, “Samsung Galaxy S8+”, “iPhone 6”, “Samsung Galaxy J7” və “Samsung Galaxy A5” smartfonları yer alıb.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL