waplog

“HP” şirkəti ABŞ-da təxminən 500 işçisini ixtisar edib


“HP” şirkəti ixtisarlara başlayıb. Qeyd edək ki, bu barədə şəbəkədə məlumatlar hələ bir neçə həftə əvvəl çıxmışdı. İlk növbədə “Palm” şirkətinin əməkdaşlarından ibarət olan “San Diego Software” bölməsi ixtisarlara məruz qalıb.

İşdən azad edilməyə “HP” şirkətinin “Palm” tərəfindən hazırlanmış “webOS” əməliyyat sistemi əsasında qurğuların yaradılmasından imtina etmək haqqındakı qərarı səbəb olub. Etibarlı veb-mənbələrə istinadən “TechCrunch” nəşri bildirib ki, şirkət təxminən 500 əməkdaşının işinə xitam verib.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL