waplog

Süni intellekt “selfi” şəklini 3D modelə çevirməyi öyrənib


Nottinqem və Kinqston universitetlərindən olan alimlər qrupu tərəfindən yaradılmış kompüter təlimi elementlərinə malik süni intellekt insanların ikiölçülü sifət şəkillərini 3D modellərə çevirmək qabiliyyətinə malikdir. Bunun üçün sistemə insan sifəti üzrə böyük həcmdə məlumatlar öyrədilib.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, layihənin yaradıcılarından biri olan Ayron Cekson tərəfindən yaradılmış veb saytda istənilən şəxs sözügedən sistemin işini qiymətləndirə bilər. Bu sayta istənilən insanın şəklini yükləmək mümkündür və qısa gözləmədən sonra süni intellekt həmin şəkli üçölçülü məkanda təqdim edir. Sayta yüklənmiş bütün şəkillər 20 dəqiqədən sonra silinir.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL