waplog

Smartfonlar satış üzrə 2011-ci ildə “WiMAX” modellərini ötəcək


“ABİ Research” şirkəti “4G” mobil əlaqə dəstəkli smartfon bazarı üzrə 2016-cı ilədək olan proqnozunu elan edib.

2010-cu ildə bütün dünyada “LTE” və ya “WİMAX” şəbəkələrində işə hesablanmış təxminən 4,6 milyon smartfon satıldığı qeyd edilib. 2016-cı ildə satışların 245 milyona çatacağı gözlənilir, yəni artım 50 dəfədən çox olacaq.

İlkin hesablamalar üzrə, onilliyin ortalarında smartfon bazarının ümumi həcmi 1 milyardı ötəcək. Beləliklə, “4G” ilə olan qurğuların payına seqmentin təxminən dörddə biri düşəcək.

“ABİ Research” şirkəti, həmçinin güman edir ki, artıq bu il “LTE” dəstəkli smartfonlar satış həcminə görə “WİMAX” modelləri ötəcək.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL