waplog

“Nokia 8” smartfonunun yeni versiyası satışa çıxarılacaq


Finlandiyanın “HMD Global” şirkəti qabaqcıl “Nokia 8” smartfon modelinin təkmilləşdirilmiş versiyasının buraxılacağını rəsmən təsdiq edib.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, qurğu orijinal “Nokia 8”-dən texniki xüsusiyyətlərinin daha da yaxşılaşdırılması ilə fərqlənəcək.

Məlumata görə, 6 giqabaytlıq operativ yaddaşla təchiz ediləcək təkmilləşdirilmiş “Nokia 8” modelinin quraşdırılmış yaddaş tutumu 128 giqabaytadək artırılacaq. Smartfonun yalnız göy rəngdə buraxılması planlaşdırılır.  

Bildirilir ki, “Nokia 8” oktyabrın 20-dən etibarən Avropada 669 avroya satışa çıxarılacaq ki, bu da 4 giqabaytlıq operativ yaddaşa malik adi versiyadan 90 avro bahadır. Modelin digər ölkələrdə satışa çıxarılması barədə məlumat verilmir.

Xatırladaq ki, “Nokia 8” səkkiznüvəli “Qualcomm Snapdragon 835” prosessor, 4 giqabaytlıq operativ, 64 giqabaytlıq quraşdırılmış yaddaş, “Zeiss” optik şüşəsinə malik 13 meqapikselli qoşa kamera, 13 meqapikselli ön kamera və 3 090 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL