waplog

“Sağlam ailə” tibb mərkəzindən online xidmət


İnformasiya texnologiyalarının tətbiqi ilə əhaliyə müasir tibb xidmətlərinin göstərilməsi istiqamətində “Sağlam ailə” tibb mərkəzi yeni uğurlara imza atıb. Bu barədə ICTnews-ə məlumat verən tibb mərkəzinin İctimaiyyətlə əlaqələr üzrə meneceri Nigar Rüstəmli bildirib ki, müştəri tibb mərkəzinə daxil olduqda ona məxfi ştrix kod verilir. Analizləri verdikdən sonra onun nəticələrinin üzərinə həmin kod vurulur və tam anonimliyə zəmanət verilir. Bu zaman yeni texnologiyanın köməkliyi ilə analizin nəticələrinin itməsi və ya hər hansı anlaşılmazlığın olması sıfra enir. Pasiyent analizi verdikdən sonra mərkəzə gəlmədən tibb mərkəzinin saqlamaile.az saytına daxil olmaqla öz şifrəsini yazır və online olaraq nəticələri əldə edir.
Qeyd edək kl, Səhiyyə Nazirliyinin tələbi ilə səhiyyə sisteminin daha da modernləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən biri də səhiyyənin elektronlaşdırılmasıdır ki, bu da özündə ən yeni texnologiyaların tətbiqini ehtiva edir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL