waplog

Dünyada ağcaqanadlardan müdafiə sisteminə malik ilk smartfon təqdim edilib


Cənubi Koreyanın “LG” şirkəti dünyada ağcaqanadlardan müdafiə texnologiyasına (“Mosquito Away”) malik ilk smartfon təqdim edib. İstehsalçıların iddiasına görə, “LG K7i” adlandırılmış yeni qurğu öz sahibini zəhlətökən mığmığalardan qorumaq qabiliyyətinə malikdir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Mosquito Away” texnologiyasının mahiyyəti ondan ibarətdir ki, xüsusi dinamik 30 KHs-dən yuxarı tezlikdə ultrasəs dalğaları yaradır. İnsan bu səsləri eşitməsə də, amma ağcaqanadlar bu səsə tab gətirmirlər.
 
“LG K7i” smartfonunun texniki xüsusiyyətləri aşağıdakı kimidir:

- 854x480 piksel təsvir ölçülü 5 düymlük IPS ekran;

- 1,1 QHs takt tezlikli dördnüvəli prosessor;

- 2 QB əməli yaddaş;

- 16 QB daxili yaddaş;

- “microSD” yaddaş kartları dəstəklənir;

- 8 meqapiksellik əsas kamera;

- 5 meqapiksellik ön kamera;

- barmaq izi skaneri;

- 2500 milliamper/saat tutumunda çıxarılıb taxılan akkumulyator.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL