waplog

Videozəngləri dəstəkləyən “ağıllı” zəngli saat təqdim olunub


“Amazon” şirkəti “Echo” istehsal xəttindən olan qurğuları tamamlayan “Echo Spot” “ağıllı” saatını təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, kiçik 2,5 düym diaqonallı ekran və quraşdırılmış kamera ilə təchiz edilən saat “Echo Dot” və “Echo Show” qurğularının hibridini təşkil edir. Saat əsas təyinatı ilə yanaşı, videorabitə funksiyasını dəstəkləyir və kənar dinamiklər vasitəsilə “Amazon Prime Music”, “Pandora”, “Spotify”, “iHeartRadio” və “TuneIn” kimi servislərdən musiqinin dinlənilməsi üçün istifadə oluna bilər.

ABŞ-da “Echo Spot” “ağıllı” saatı üçün ilkin sifarişlərin qəbulu sentyabrın 27-də başlayıb. Qiyməti 130 dollar təşkil edəcək qurğunun bu ilin dekabrında satışa çıxarılması planlaşdırılır.  

Nizam Nuriyev
 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL