waplog

“Pulsuz Wi-Fi” xidmətindən istifadə edənlərin sayı 1 milyonu ötdü


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə “Bakı Telefon Rabitəsi” MMC (“Baktelekom”) tərəfindən həyata keçirilən “İctimai İnternet” layihəsi çərçivəsində “Pulsuz Wi-Fi” xidmətindən istifadə edənlərin sayı 1 milyonu ötdü.

Beləliklə, ötən həftədən “Baktelekom” tərəfindən elan edilən “Milyonuncu ol, noutbuku sən apar” kampaniyasının qalibi də müəyyənləşib. Noutbukun sahibi Orxan Cabarov olub.

Qeyd edək ki, 1 ay öncə “Baktelekom” tərəfindən istifadəçi artımını stimullaşdırmaq məqsədi ilə “Pulsuz Wi-Fi” xidmətinin 500.000-ci istifadəçisi mobil telefonla mükafatlandırılmışdı. 

Məlumat üçün bildirək ki, bu həftə pulsuz “wi-fi” zonalarının sırasına  daha biri əlavə edildi. Artıq “Port Baku Residence” və “Port Baku Mall” arasında yerləşən parkı (“Fashion Avenue”) ziyarət edənlər də ictimai şəbəkədən faydalana bilirlər.

Yaxın zamanda Dədə Qorqud və Nərimanov parkı da “Pulsuz Wi-Fi” xidmətinin əhatə dairəsinə daxil ediləcək.  

Dövlət Bayrağı Meydanı da daxil olmaqla, Dənizkənarı Milli Parkı, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisini, Heydər Əliyev Mərkəzinin parkını, Sahil, Sabir, Xaqani, Axundov, Hüseyn Cavid, Səməd Vurğun, Muğan bağlarını, Qış və Zabitlər parklarını ziyarət edənlər “Pulsuz Wi-Fi” xidmətindən yararlana bilərlər. 




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL