waplog

“Google Drive” servisi “Files” proqramını dəstəkləməyə başladı


"Google" şirkəti faylların saxlanılması üçün nəzərdə tutulmuş  "Google Drive" proqramını yeniləyib və indi o, "iOS 11" mobil sistemində işləyən "Files" proqramını dəstəkləyir. Bu haqda "Apple Insider" nəşri məlumat yayıb.

"ICTnews" Elektron Xəbər Xidməti "macdigger.ru" saytına istinadən yazır ki, vaxt ötdükcə servislərin bir çoxu "Files" proqramını dəstəkləyir. Sözügedən proqramı dəstəkləyən ilk xidmətlər "Dropbox", "Amazon Drive" və "iCloud Drive" olublar. İndi "Google Drive" servisi də artıq bu proqramı dəstəkləyir.

"Files" proqramı "iOS" mobil əməliyyat sistemi ilə işləyən qurğuda saxlanılan bütün məzmuna baxmağa imkan verir. İstifadəçi bu proqramın köməyi ilə faylı aça, redaktə edə, köçürə, adını dəyişdirə və yükləyə bilər.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL