waplog

2017-ci ildə virtual və artırılmış reallıq qurğularının tədarük həcmi artacaq


“CCS Insight” şirkətinin analitikləri virtual və artırılmış reallıq (“Virtual reality”, “VR/Augmented Reality”, “AR”) qurğuları bazarında kəskin artım proqnozlaşdırırlar. 2017-ci ildə istehsalçılar təxminən 16 milyon virtual və artırılmış reallıq cihazları istehsal edəcəklər ki, bu da 2016-cı illə müqayisədə 47% daha çoxdur. Sözügedən bazarın həcmi 1,6 milyard dollar məbləğində qiymətləndirilir.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, mütəxəssislər hesab edirlər ki, 2021-ci ildə virtual və artırılmış reallıq qurğularının satış həcmi 99 milyonadək, bazarın həcmi isə 11,9 milyard dollaradək artacaq.

Təxmin edilir ki, 2017-ci ildə istehsalçılar smartfonla birgə işləyən 13 milyon virtual və reallıq qurğusu tədarük edəcəklər, “Facebook Oculus”, “HTC Vive” və “Sony PlayStation VR” kimi ayrı ekrana malik qurğuların tədarük həcmi isə 3 milyon təşkil edəcək. 2018-ci ildə sonuncuların tədarük həcmi 5 milyona yaxınlaşacaq.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL