waplog

“Instagram”da sorğular aparmaq mümkün olacaq


Məşhur “Instagram” sosial şəbəkəsi yeniliklərin inkişafını və tətbiqini davam edərək iki cavab variantından ibarət kiçik sorğunun keçirilməsinə imkan verən“Stories” bölməsini yeniləyib.

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, hazırda yenilənmədən bütün istifadəçilər yararlana bilməsə də, tezliklə onu hamı sınaqdan keçirmək imkanı əldə edəcək.

Məlumata görə, sorğu tarixçə ilə birlikdə bir gün sonra avtomatik silinir. Səsvermədə iştirak edən bütün istifadəçilər nəticələri real vaxt rejimində görə biləcək. Bundan başqa, sorğu yaradıcısı öz abunəçilərindən kimin hansı varianta səs verməsini izləmək imkanına malik olur.

İstifadəçi, həmçinin cavab variantları üçün rəng seçmək imkanından yararlana biləcək. Xüsusi “Eyedropper tool” aləti isə mətnin rəngini fona uyğun seçməyə kömək edəcək.  

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL