waplog

“Oracle” “bulud” servisləri süni intellektlə təchiz edilib


“Oracle” “bulud” əlavələri maliyyə, kadrlar, istehsal, elektron ticarət, müştəri xidmətləri, marketinq və satış kimi sahələrdə tətbiq oluna biləcək süni intellekt imkanları ilə təchiz olunub. Bu barədə şirkətin məlumatında deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, “Oracle Adaptive Intelligent Apps” adlanan yeni əlavələr süni intellektdən istifadə etməklə çoxfunksiyalı müasir biznes əlavələri təklif etmək üçün mövcud “Oracle Cloud Applications” (o cümlədən Oracle Enterprise Resource Planning Cloud, Oracle Human Capital Management Cloud, Oracle Supply Chain Management Cloud və Oracle Customer Experience Cloud) “bulud” servislərinə quraşdırılıb.

Şirkətin məlumatına görə, süni intellekt əsasında yeni funksiyalar maliyyə proseslərini və texnologiyalara tələbləri optimallaşdırmağa, xərcləri azaltmağa, əməliyyatları modernləşdirməyə və qarşılıqlı fəaliyyətin keyfiyyətini yaxşılaşdırmağa imkan verir.

Tarixi tendensiyaları və biznes riskləri ilə bağlı məlumatları təhlil edən maliyyə və alğı-satqı üzrə mütəxəssislər hesablar üzrə güzəştli tariflər əldə edə, pul axınlarını optimallaşdıra və alıcı və tədarükçü arasında optimal balans yarada biləcəklər. Onlar, həmçinin tədarükçülərin profillərini zənginləşdirə və real vaxt rejimində optimallaşdırılmış ödəniş şərtləri təklif etmək imkanına malik olacaqlar. Süni intellektdən istifadə tədarükçülərdən əldə edilən ən yaxşı şərtlərdən və güzəştlərdən yararlanmaq sayəsində dövriyyə kapitalını optimallaşdırmağa və tədarükçülərlə daha effektiv işi təmin edən etibarlı münasibətlər qurmağa imkan verir.

Bundan başqa, yeni əlavələr işçi heyətinin idarə olunmasını təkmilləşdirməyə, kadr resursları haqqında tam informasiyanı təmin etməyə və əməliyyat səmərəliliyini yüksəltməyə kömək edir. CV-lərin emalı və vakansiyalar haqqında elanların yerləşdirilməsi zamanı təbii dil axtarışı və dərin təlim texnologiyalarını tətbiq etməklə kadrlar üzrə mütəxəssislər ən yaxşı namizədləri müəyyənləşdirə biləcəklər. Onlar işçinin əvvəlki iş yerləri və satış planlarının yerinə yetirilməsi və məhsuldarlıq reytinqləri kimi cari göstəriciləri haqqında informasiyadan istifadə etməklə mümkün uğuru müəyyənləşdirərək əməkdaşlıq müddətini proqnozlaşdıracaqlar.   

Süni intellekt əsasında yeni funksiyalar marketoloqlara istehlak və biznes məlumatlarından istifadə etməklə məqsədli auditoriyaları daha yaxşı başa düşmək və təklifləri optimallaşdırmaq üçün lazım olan analitik informasiyanı əldə etməyə imkan verəcək.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL