waplog

Dronlar bağlamanı birbaşa sifarişçinin əlinə çatdırmağı öyrəniblər


Britaniyanın “Cambridge Consultants” şirkəti tərəfindən hazırlanmış bağlamaların dronlar vasitəsilə çatdırılması sistemi bağlamanı birbaşa sifarişçinin əlinə çatdırır.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, əksər böyük şirkət və kiçik startaplar kuryer vəzifəsini yerinə yetirən dronlardan istifadə edir. Yemək, dərman, poçt və başqa kiçik yüklərin çatdırılmasında pilotsuz uçan təyyarələrdən istifadə etmək təklif edilir. Bu halda çox zaman belə sistemlər bağlamanı konkret ünvan və ya koordinat üzrə çatdırmağı nəzərdə tutur.

“DelivAir” konsepsiyasının yuxarıda qeyd edilən yanaşmadan fərqi ondan ibarətdir ki, sifariş edilmiş məhsulu aparan dron öncədən təyin edilmiş marşrut üzrə deyil, sifarişçinin smartfonunun olduğu yerə doğru hərəkət edir. Pilotsuz təyyarə təyinat nöqtəsinə lap yaxınlaşdıqda smartfona müvafiq bildiriş gəlir. Bundan sonra istifadəçi smartfonunu əlinə götürərək küçəyə çıxmalı və əsas kameranı səmaya tərəf yönəltməlidir ki, daxili işıqlandırıcı siqnalı drona göndərmiş olsun. Uçan kuryer siqnala doğru hərəkət edərək bağlamanı sifarişçiyə çatdıracaq.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL