waplog

“Toshiba” korporasiyası yeni sərt disklər istehsal edib


“Toshiba” korporasiyası server və işçi stansiyalar üçün nəzərdə tutulmuş “MK01GRRB/R” vinçesterlərini istehsal edib.

Yeni sərt disklər 2,5 düymlü form-faktorda hazırlanıb; kompyuterə qoşulması üçün 6,0 Qbit/s-ə qədər keçirtmə qabiliyyətini təmin edən “SAS” (Serial Attached SCSİ) interfeysindən istifadə olunur. Şpindelin fırlanma sürəti 15000 dövr/dəq təşkil edir; buferin həcmi 32 MB-dır.

İstismar müddətinin orta imtina vaxtı (MTBF) 16 milyon saata çatır. Daşıyıcının ölçüləri 70×100×15 millimetr, çəkisi 225 qramdır.

“Toshiba” korporasiyası disklərin 147 və 300 QB tutumlu modifikasiyasını, həmçinin verilənlərin aparat şifrələmə dəstəyi ilə təklif edəcək. Kütləvi istehsal 2012-ci ilin birinci rübünə nəzərdə tutulub. Qiymət haqqında məlumat verilmir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL