waplog

Yubiley “Lenovo ThinkPad 25th Anniversary Edition” noutbuku təqdim olunub


Çinin “Lenovo” şirkəti “ThinkPad” noutbukunun 25 illik yubileyi münasibətilə modelin “Lenovo ThinkPad 25th Anniversary Edition” adlı xüsusi versiyasını təqdim edib. 

“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, xatırladaq ki, orijinal “ThinkPad 700C” noutbuku 1992-ci il oktyabrın 5-də nümayiş olunub. Retro üslubunu qoruyan yubiley noutbukda əvvəlki modellərin bir sıra əsas xüsusiyyətləri, o cümlədən səkkiznüvəli klassik klaviatura (hazırda işıqlandırıcı ilə), göy “Enter” klavişi və yardımçı klavişlərdə göy işarələr olduğu kimi qalıb. Müvafiq loqotiplə bəzədilən “ThinkPad 25” modeli xüsusi qablaşdırmada tədarük edilir.  

Məlumata görə, “Full HD” (1920 х 1080 piksel) təsvir ölçülü 14 düym diaqonallı sensor ekranla təchiz edilən noutbukun əsasını səkkizinci nəsil “Intel Core i7-7500U” prosessoru, “NVIDIA GeForce 940MX” qrafikası, 16 giqabaytlıq “DDR4” operativ yaddaşı, 512 giqabaytlıq “PCIe” bərk cisimli toplayıcısı təşkil edir.

Barmaq izi skanerinə malik qurğunun avtonom iş vaxtı 18 saata çatır. Noutbukun ölçüləri 336,6 х 232,5 х 19,95 mm, çəkisi 1,6 kq təşkil edir. Bundan başqa, üç “USB 3.0” çıxışı, “USB Type-C” (Intel Thunderbolt 3), “HDMI”, 1 giqabitlik “Ethernet”, 3,5 millimetrlik audioçıxış, “dördü birində” yaddaş kartının oxunması üçün qurğu (card reader) nəzərdə tutulub.

Bir sıra regionlarda satışa çıxarılacaq “Lenovo ThinkPad 25th Anniversary Edition” noutbukunun qiyməti 1899 dollara bərabər olacaq.

Nizam Nuriyev
 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL