waplog

Avtonom taksilər üçün yeni “NVIDIA” platforması buraxılacaq


"NVIDIA" şirkəti avtonom avtomobillərin yaradılması texnologiyası ilə bağlı yeni yanaşma təqdim edib. Şirkət mütəxəssislərinin nümayiş etdirdiyi və yarım ilə satışa çıxarılacaq "Drive PX Pegasus" platforması avtonom taksilər üçün ən yaxşı sistem olacaq.

"ICTnews" Elektron Xəbər Xidməti "Hi-News" resursuna istinadən yazır ki, Almaniyada "GTC Europe 2017" tədbiri çərçivəsində nümayiş olunan "Drive PX Pegasus" platforması sürücüsüz avtomobillər üçün yeni hesablama modulu ailəsidir. "NVIDIA" mütəxəssisləri qeyd edir ki, platforma robotlaşdırılmış özüidarəolunan avtomobillər üçün, prinsipcə, yeni sistem hesab olunur.  

Məlumata görə, şirkət unikal və güclü kompüter yaratmağa nail olub. Platforma istənilən sürücüsüz nəqliyyat vasitələrinə və yol vəziyyətlərinə maksimum tez və effektiv şəkildə adaptasiya oluna bilir. "NVIDIA" kompüteri saniyədə 320 trilyondan çox əməliyyat emal edir ki, bu da bütün mövcud analoqları üstələyir. Plataya əksər hesablamaları aparacaq "post-Volta" arxitekturalı iki diskret sürətləndirici daxildir. Platformanın əsas elementini iki birkristallı "Xavier" sistemi təşkil edir. Onların əsası "NVIDIA" tərəfindən modifikasiya edilən "ARM" arxitekturalı adı açıqlanmayan səkkiznüvəli mərkəzi prosessordan (CPU) və "Volta" arxitekturalı və 512 "CUDA" nüvəsi ilə inteqrasiya edilmiş güclü qrafik prosessordan (GPU) ibarətdir.  

Bildirilir ki, platforma haqqında digər məlumatlar məxfi saxlanılsa da, "Pegasus Drive PX2" adlanan kiçik modelin ABŞ sahibkarı İlon Maskın avtonom idarəetmə ilə işləyən "Tesla" avtomobilinin layihələndirilməsinin əsasını təşkil edəcəyi məlum olub. Bundan başqa, platformanın avtonom taksilərin "sürücüsü" qismində sınaqlarının uğurla başa çatacağı təqdirdə "NVIDIA" texnologiyası ilə digər avtomobil istehsalçılarının maraqlanacağı gözlənilir.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL