waplog

“WhatsApp” qrup şəklində səsli və video zəngləri sınaqdan keçirir


"WhatsApp" messenceri "iOS" əməliyyat sistemi ilə işləyən mobil qurğular üçün qrup şəklində səsli və video zənglər funksiyasını sınaqdan keçirir. Bu haqda "iPhone" üçün proqramın son beta-versiyasında aşkar edilmiş koda istinad edən "WABetaInfo" portalı məlumat verib.

"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, yeni xidmətin pullu və ya pulsuz olacağı məlum deyil. Bundan başqa, qrup zənglərinin "WhatsApp" messencerinin yalnız korporativ istifadəçilər üçün xüsusi versiyasında əlçatan olacağı istisna deyil.

Başqa yeniliklər arasında qrup çatlarını idarə etmək üçün genişləndirilmiş alətlər dəstinin təqdim ediləcəyi gözlənilir. Məsələn, bir neçə inzibatçı qrupu ləğv etmək və ya onun tərkibindən ixtiyari istifadəçini silmək imkanı əldə edəcək.

"WhatsApp" messenceri internet üzərindən mətn mesajları və şəkillər göndərməyə imkan verir. İstifadəçi bu halda yalnız operatorun tarifi üzrə trafikin haqqını ödəyir. 2017-ci ilin iyulunda xidmətin gündəlik auditoriyası 1 milyard istifadəçini ötüb.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL