waplog

2017-ci ildə “Əşyalar interneti” dünyasında istifadə edilən qurğuların sayı 20 milyarda yaxınlaşacaq


“Strategy Analytics” şirkətinin proqnozuna görə, 2017-ci ildə "Əşyalar interneti" ekosisteminə (IoT) aid internetə qoşulmuş qurğuların sayı 20 milyarda yaxınlaşacaq və növbəti 4 ildə daha 10 milyard “IoT” qurğu artım qeydə alınacaq.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, mütəxəssislər hesab edirlər ki, gələcəkdə "ağıllı" ev sistemləri “Əşyalar interneti” qurğularının artımını təmin edəcək. Həmçinin gözləntilərə görə, 2021-ci ilədək "ağıllı" ev qurğuları smartfonlarla müqayisədə daha çoxsaylı “Əşyalar interneti” kateqoriyası olacaq.
 
Bundan başqa, proqnoza görə, 2017-ci ildə "Əşyalar interneti" bazarının həcmi 17% artacaq, amma 2021-ci ilədək artım tempi 9%-dək azalacaq.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL