waplog

Yeni simsiz rabitə texnologiyası hazırlanıb


Almaniya alimləri optik-lif birləşmələrində kabellərdən istifadəyə görə sürətin məhdudlaşdırılması ilə bağlı yaranan əsas problemin həllini taparaq yeni simsiz rabitə metodu hazırlayıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “VistaNews” resursuna istinadən yazır ki, alimlər simli bağlantıdan imtina edərək ötürülən məlumat axınının artması, hava müqavimətinin isə sürətə təsir edə bilməməsi üçün fotonları toxunmaya bənzər şəklə salıblar.

Texnologiya işıq hissəciklərinə lazımi impuls verən xüsusi holoqramdan istifadə edir. Bu səbəbdən hissəciklər uzun məsafələri maneəsiz qət edə bilirlər. Bundan əlavə, alimlər yeni texnologiyanın sınaqlarını keçiriblər.  

Məlumata görə, kəşf sayəsində ekspertlər Almaniyada məlumatları 1609 metr (1 mil) məsafəyə ötürməyə nail olublar. Mütəxəssislərin sözlərinə görə, texnologiyanın praktiki tətbiqi üçün hələ görüləsi çox iş var. Məsələn, rabitənin güclü yağış və ya qarlı hava şəraitində necə işləyəcəyi sual doğurur.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL