waplog

"Eurovision-2012" müsabiqəsi ərədəsində multimediyalı taksofonlar istismara veriləcək


Bakıda "Eurovision-2012" mahnı müsabiqəsində 100-ə yaxın multimediyalı taksofon quraşdırılacaq. Bu barədə Rabitə və İnfofrmasiya Texnologiyaları Nazirliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov məlumat verib

. B.Hüseynovun sözlərinə görə, bu qurğuların üstünlüklərindən biri təqdim olunan səs rabitəsi ilə yanaşı, məlumat xidmətlərinin göstərilməsi imkanın olmasıdır.

“Məsələn, orada Azərbaycan haqqında məlumat yerləşdirmək planlaşdırılır. Terminallar Bakının mərkəzi küçələrində, adamların gur toplaşdıqları, əsasən "Eurovision-2012" mahnı müsabiqəsin keçirildiyi yerə yaxın ərazidə yerləşdiriləcək", - deyə Hüseynov qeyd edib.

Multimediyalı taksofon prinsip etibarilə özündə taksofon və kompyuter funksiyalarını birləşdirən yeni aparatdır. Adi telefon xidmətləri ilə yanaşı, qurğu internet şəbəkəsinə çıxış əldə etməyə, elektron məktub göndərməyə, reklam videoçarxlarına baxmağa və s. imkan verir.

Universal taksofonlar sutkanın istənilən vaxtında yerli, şəhərlərarası və beynəlxalq rabitəni təmin edir. Təcili əlaqə və servis telefon xidmətlərinə çıxış pulsuzdur.

Hazırda "Bakı Telefon Rabitəsi"nin taksofon parkı 1200 taksofondan ibarətdir, onlardan 200 ədədə yaxını yeni tip (GSM və CDMA taksofonları ödənişi həm pul, həm də ödəniş kartlarının köməyi ilə qəbul edir) qurğulardır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL