waplog

“YouTube”un mobil proqramında çoxdan gözlənilən funksiya istifadəyə veriləcək


“YouTube” servisinin mobil proqramının yeni versiyasının araşdırılması zamanı maraqlı detal ortalığa çıxıb: “Google”un mühəndisləri mobil proqramda qara rəngli interfeysin tətbiqinə hazırlaşırlar. Qara rəng çalarlarından istifadəyə əsaslanan tərtibat qaranlıqda “YouTube” servisində video izləməyi daha komfort edəcək. Bu yenilik “OLED” displeyi ilə təchiz edilmiş mobil qurğuların sahibləri tərəfindən xüsusilə qiymətləndiriləcək, çünki qara rəngin göstərilməsi elektrik enerjisi sərf etmir.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, qara rəngli interfeys çoxdan “YouTube”un masaüstü versiyasının istifadəçilərinə əlçatandır və indi mobil qurğular üçün hazırlanır.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL