waplog

2017-ci ilin ən yaxşı texnoloji yenilikləri bəlli olub


Yaponiyanın “Nintendo” şirkətinin “Switch” oyun konsolu ABŞ-ın nüfuzlu “Time” jurnalı tərəfindən tərtib edilmiş reytinqin birinci pilləsində qərarlaşıb. "Hibrid" konsol 6,2 düymlük displeyə malik planşet və “Joy-Con” adlı simsiz kontrollerlərdən ibarətdir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, reytinqin ikinci pilləsində “iPhone X” smartfonu yer alıb. Reytinqin tərtibçiləri bildiriblər ki, “Apple” şirkətinin yeniliyi kifayət qədər bahalıdır, ancaq çərçivəsiz ekran və “Face ID” (sifətin tanınması sistemi) gələcəkdə smartfonlar üçün yeni standarta çevriləcək.
 
2017-ci ilin ən yaxşı texniki yeniliklərinin reytinqində üçüncü yeri “Microsoft Surface Laptop” noutbuku tutub. Tərtibçilər noutbukun dizaynını, həmçinin uzun müddət avtonom işləmə qabiliyyətini yüksək qiymətləndiriblər.
 
Nüfuzlu “Time” jurnalının versiyasına görə, ilk beşliyə, həmçinin “DJI Spark” kvadrokopteri və qabaqcıl “Samsung Galaxy S8” smartfonu daxil edilib.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL