waplog

Bu smartfon "qiymət – keyfiyyət" nominasiyasında ilin ən yaxşı smartfonu adına layiq görülüb


“TechRadar” portalının versiyasına görə, “Samsung Galaxy S8”, “S8 Plus” və “Google Pixel 2” qurğuları 2017-ci il üzrə ən yaxşı smartfonlar reytinqində ilk üçlükdə qərarlaşıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, məlumata görə, reytinqin tərtibi zamanı aşağıdakı xüsusiyyətlər nəzərə alınıb: işləmə gücü, spesifikasiyalar, dizayn və ən vacib qiymət və keyfiyyət arasındakı nisbət.

Ekspertlər bildiriblər ki, güclü texniki imkanlara, yaxşı kamera və displeyə malik “Galaxy S8” smartfonu ucuz qiyməti ilə heyrətləndirib.

"Apple" şirkətinin yeni “iPhone X” və “iPhone 8 Plus” qurğuları top onluqda müvafiq olaraq dördüncü və beşinci yerləri tutublar.

Araşdırmaçıların fikrincə, həmçinin “Huawei Mate 10 Pro”, “Samsung Galaxy Note 8”, “LG V30”, “G6” və “OnePlus 5T” yaxşı smartfonlardır.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL