waplog

Yeni proqram fotoşəkili animasiyaya çevirəcək


ABŞ-ın "Mug Life LLC" şirkəti fotoşəkillərdən animasiya yaradan eyniadlı proqram təqdim edib. Kompüter görmə və üçölçülü modelləşdirmə texnologiyaları əsasında yaradılan əlavədən "Apple" qurğularının istifadəçiləri yararlana bilərlər.
 
"ICTnews" Elektron Xəbər Xidməti "N+1 www.nplus1.ru" resursuna istinadən yazır ki, yeni əlavə fotoşəkildən animasiya edərək onu "gif" formatlı təsvirə və ya videoya çevirəcək.
 
Bildirilir ki, emal alqoritmi üç mərhələdən ibarətdir. Əvvəlcə əlavə fotoşəkilləri həcmli bloklara bölür, sonra seçilən filtrə uyğun hərəkətə gətirir və fotoşəkili yenidən bərpa edir. Nəticədə adi şəkilin animasiya edilmiş modeli yaranır: əlavədə həm hazır modelləri seçmək, həm də üzdə nöqtələrin manipulyasiyası vasitəsilə yaratmaq mümkündür.
 
Məlumata görə, əlavə üzərində əvvəllər ABŞ-ın kompüter oyunlarını (The Sims 2, Dragon Edge və Mass Effect) konsollara köçürən "Edge of Reality" şirkətinin rəhbərləri olmuş Rob Koen və Tomas Kouls çalışıb. Onlar layihə üzərində işə 2015-ci ildə başlayıblar, "Mug Life" isə oktyabrın əvvəlində yaradılıb.
 
Hazırda əlavə "iOS" əməliyyat sistemli qurğular üçün nəzərdə tutulsa da, mütəxəssislər onun "Android" versiyası üzərində çalışırlar.

Nizam Nuriyev
 




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL